Prezidentliyə namizədə qarşı çirkin oyunlar -VİDEO

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçakın seçkiqabağı fəaliyyət göstərən saytı hakerlərin hücumuna məruz qalıb.

Bu barədə RİA-ya K.Sobçakın səlahiyyətli nümayəndəsi məlumat verib.

“Hakerlərin hücumuna görə sayt çökdü. Hakerlər onun İP adresini tamamilə biabırçı fotolara yönləndirdilər. Saytı çökdürüb, hər şeyi etdilər”, – deyə bildirilib.

Saytın, 2 saat ərzində fəaliyyəti dayandırılıb və bu zaman saytın ünvanında Vladimir Jirinovskinin “Jirik” adlı mineral su ilə fotosu yerləşdirilib.

Qeyd edək ki, dünən də mərasimlərdən birindən çıxarkən K.Sobçak naməlum şəxsin hücumuna məruz qalmışdı.

Ehtimal edilir ki, bu hücum, o cümlədən hakerlərin də fəaliyyəti Sobçakın debat zamanı Jirinovskinin üzünə su atması ilə bağlıdır.

Bununla RLDP lideri xanım namizəddən qisas alır.