Müslüm Maqomayevin xatirəsi onun adını daşıyan gəmidə anılıb

Rusiyanın “Твц” kanalında SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Hər şeyə görə sənə minnətdaram” adlı film nümayiş olunub.

Filmdə müğənninin həyat və yaradıcılığına ətraflı yer verilib. Filmin çəkilişləri Bakının müxtəlif yerlərində baş tutub. Çəkilişlər zamanı dahi sənətkarın adını daşıyan sərnişin gəmisindən də istifadə olunub.

Qeyd edək ki, “Müslüm Maqomayev” gəmisinin istismara verilməsi mərasimi Prezident İlham Əliyevin iştirakı ilə 2014-cü ilin dekabrın 18-də baş tutub. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli sənətkarın müxtəlif fotoları yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir