Bəkir Bozdağ: Suriya qoşunları Afrinə daxil olmayacaq

PYD və YPG terrorçularının Afrində mövqelərini Suriya hökumət qüvvələrinə təhvil verəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

O bildirib ki, Suriya qoşunları Afrinə daxil olmayacaq: “Suriya tərəfi də bu informasiyanı təsdiq etməyib”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir