Dialoq, yoxsa “razborka”? – Maduro Trampı meydana çağırır –

Venesuela prezidenti Nikolas Maduro ABŞ lideri Donald Trampı dialoqa çağırıb.

Bu barədə N.Maduro özünün “Twitter” səhifəsində yazıb.

 “Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda – heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam”, N.Maduro yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini söyləyib.