Qışqıran mumiyanın sirri açıldı

Əsrlər sonra “qışqıran musiya”nın sirri açılıb. Fransız arxeoloq Qaston Maspero Misirin paytaxtı Qahirədən 500 km cənubda aparılan arxeoloji qazıntılar zamanı bu mumiyanı aşkarlamışdı. “E insanı” adlandırılan mumiyanın yanında firon ailəsinin mənsublarının qalıqları vardı. Digər mumiyalardan fərqli olaraq, “Qışqıran mumiya”nın üzərində heç bir bəzək əşyası yoxdu. Onun pozası alimləri maraqlandırıb, çünki “E adamı” sanki mumiyalaşdırılarkən ağrı və əzablardan qışqırırdı.

Lonq-Aylenddəki Nyu-York Universitetinin profesoru, doktor Bob Brierin dediyinə görə, “E adamı”na və ya “Qışqıran adam”a eyni vaxtda iki insan təsir edib: “Həmin insanlardan biri onu öldürməyə, digəri isə xilas etməyə çalışıb”. Misir Ali Əntiq Tarix Şurasının rəhbəri Zahi Həvass isə söyləyib ki, “Qışqıran mumiya”, çox yəqin, ailəsini rüsvay etmiş şahzadədir: “Məhz bu səbəbdən onu əlahiddə sərdabədə dəfn edib üzərində ehram tikməyiblər, firon ailəsinin adi üzvlərinin yanında mumiyalaşdırıblar. Bu zaman onu başqalarından fərqləndirmək üçün qoyun dərisinə büküblər. Misirlilər əmin idilər ki, belə basdırılan adamın “o dünyadada həyatı olmayacaq”.

Alimlərin fikrincə, “Qışqıran mumiya” firon 3-cü Ramzesin oğlu şahzadə Penteverdir. Atasını qətlə yetirməkdə suçlanan şahzadə zəhərlənərək əzabla öləndən sonra qoyun dərisinə bükülərək dəfn olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir