Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb – Əli Həsənov

Yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə yeni mənzillərin açarlarının təqdim edilməsi mərasimində deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin jurnalistlərə yönəlik sözün həqiqi mənasında humanist siyasəti deyil, illərdir ki, milyonlarla, on, hətta yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb:

“İflasa uğrayan illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə xərcləyərək, başqa ölkələrin media nümayəndələrini öz təsiri altına salmaqla öz dövlətinə, dövlətçiliynə və milli maraqlarına qarşı istifadəyə etməyə çalışanların siyasətidir”.