Afrindən Kilisə 4 raket atıldı

Bu gün axşam saatlarında Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

Mərmilər Əkrəm Çətin ve Barış məhəllələrindəki dörd evə düşüb.

Hadisə nəticəsində yaralanan 7 nəfər Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.