Cənubi və Şimali Koreya arasında yüksək səviyyəli danışıqlar başlayıb

Cənubi Koreya Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb.

2015-ci ilin dekabr ayından bu günə kimi aparılan Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir.