Uşaq köpək balığından son anda xilas oldu – Video

Baham adalarında azyaşlı oğlan 4 köpək balığının hücumundan möcüzəvi şəkildə xilas oldu.

Hücuma hazırlaşan yırtıcı balıqları dron operatoru görüb.

Onun lentə aldığı videoçarxda təhlükədən xəbəri olmayan uşağın yırtıcıların istiqamətində qaçdığı görüntülənib. Köpək balıqları bir neçə saniyə ərzində ona yaxınlaşıb.

Vəziyyətin ciddiliyini anlayaraq operator oğlanı səsləyib və o son anda qaçaraq sahilə çıxmağa müvəffəq olub.

Məlumata görə, uşaq xəsarət almayıb.