Bakıda müəmmalı ərazi TAPILDİ : Hər kəs təəccüb içində – FOTO

Noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsinin “Gənclər Şəhərciyi” ərazisində Rəşad Şükürovun avtomobillə vurulması barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, cinayət hadisəsinin üzərindən 34 gün keçməsinə baxmayaraq qaçan sürücünü tapmaq, hələ də, mümkün olmayıb.

Cinayət işini ilk gündən araşdıran Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev 28 gün sonra müəmmalı şəkildə qəzanın baş verdiyi ərazinin  Binəqədi rayonuna aid olmadığını bildirərək, “işi” Abşeron Rayonu Polis İdarəsinə göndərib.

Zərərçəkən tərəfin Milli.Az-a verdiyi məlumata görə, Binəqədi və Abşeron rayon polis idarəsi arasında qəzanın baş verdiyi əraziylə bağlı mübahisə davam edir. Hər iki rayonun polis idarəsi sözügedən ərazinin onlara məxsus olmadığını irəli sürür.

Maraq üçün bildirək ki, Rəşad Şükürovun vurulduğu istiqamətdə kameralar quraşdırılıb.