Yerə ən böyük asteroid yaxınlaşır

“Florence” asteroidi “NASA”nın bütün müşahidələr tarixində Yer kürəsinə doğru uçan ən böyük asteroid olacaq.Trend-in məlumatına görə, asteroid sentyabr ayında Yer kürəsinin yanından keçəcək.

 

“NASA”nın məlumatına görə, 4,4 kilometr böyüklüyündə olan “Florence” asteroidi 1 sentyabr 2017-ci il tarixində Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.

 

Ekspertlər əminliklə bildirirlər ki, asteroidin Yer kürəsinə yaxınlaşması təhlükə kəsb etmir.