Prezident əhaliyə müraciət etdi

Yəmən prezidenti Əbd Rabbu Mansur Hadi ölkə əhalisinə müraciətlə çıxış edərək onları hüsilərə qarşı müqavimət göstərməyə çağırb. Bu barədə “Sky News Arabia” məlumat yayıb.

“Yəmən xalqını terror qruplaşmasının əsarəti altında olan bütün əyalətlərdə üsyan qaldırmağa, husilərə müqavimət göstərməyə çağırıram”, – deyə Mansur Hadi bildirib.

O həmçinin ölkənin keçmiş prezidenti Əli Abdulla Salehin ölümü ilə bağlı başsağlığı verib.

Mətbuatda keçmiş prezidentin öldüyü, husilərin isə paytaxt Sənanı tamamilə öz nəzarətləri altına aldığı məlumat verilib.