Təl-Əvivdə partlayış olub

İsrailin paytaxtı Təl-Əvivdə partlayış olub. Bu barədə yerli polis məlumat yayıb.

Qeyd edilir ki, hadisə tikinti materiallarının satıldığı mağazanın binasında baş verib. Partlayış yanğına və binanın qismən dağılmasına səbəb olub.

Partlayış zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər 4 nəfər isə yüngül xəsarət alıblar.

Hadisə yerində xilasedicilər işləyir. Ərazidə həmçinin polis nəzarəti gücləndirilib.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.