bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim koduCasibomtipobetslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.nettipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomcasibomcasibomcasibomcasibom7slotsbahigobahis1000bahisalbaymavibaywinbetexperbetkanyonbetkolikbetkombetlikebetmatikbetnisbetonredbetorspinbetparkbetperbetroadbetsatbettiltbetturkeybetvole24wincratosslotelitbahisfavorisenfunbahisgorabethilbetikimisliimajbetintobetjasminbetjetbahiskralbetligobetlordbahismarsbahismeritkingmilanobetmobilbahismostbetmrbahisneyinenoktabetnorabahisoleybetonbahisonwinorisbetparmabetperabetpiabetpinuppokerbetapusulabetredwinrexbetromabetsahabetsavoybettingbetkombahis siteleriblackjack siteleriCasinoBonanzacasino bonanzadeneme bonusurulet sitelerisweet bonanzacasino sitelericasino sitelericasino sitelerisupertotobettulipbettumbetpadisahbetvdcasinovenusbetwinxbet7slotsasyabahisbahis1000bahisalbahsegelbaywinbetebetbetexperbetkolikbetmatikbetonredbetorspinbetroadbettiltbetturkeybetvolecasibomcratosslotdumanbetelitbahisextrabetfunbahisgorabetgrandpashabethilbetimajbetjasminbetkalebetkralbetlimanbetmaltcasinomarkajbetmatbetmilanobetmobilbahismostbetgirisneyinenorabahisonwinpalacebetparmabetperabetpokerbetaredwinrexbetrokubetsahabetsavoybettingtarafbettruvabettumbetxslotartemisbitbaymavibetebetbetkolikbetkombetperbettiltceltabetimajbetklasbahisligobetlimanbetmariobetmatbetneyinesahabetBeylikdüzü Escortbetpasrestbetklasbahisbetebetbelugabahistarafbetbetkombetistmarkajbetparibahisbetinegobahisbettiltbetnisbetsatbetorspinligobetbetkanyonbaywinrokubetcratosslotgorabetelexbetfunbahisartemisbetbetparkbetmatikoleybetbetlikekralbetperabetlimanbetsavoybettingintobetdiscount casinobahsegelmostbetbetroadjasminbethilbetvenüsbetasyabahisredwinbetkolikdinamobetmilanobetelitbahisorisbetpusulabetaresbetpolobetdumanbetmatbetpalacebetmrbahistulipbetnorabahismilosbetbetvoleonbahisbetexperbetperbahigopokerbetalordbahiscasinovalebetonredbahis1000baymaviakcebetnoktabetneyinefavorisenbetgitbetcupstarzbethiltonbetsetrabetmelbetbetnanokazandrapokerklasmaltcasinoeskişehir halı yıkamaistanbul escort bayanmarsbahiscasibomSekabet

Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olundu

Noyabrın 14-də paytaxt Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyindən Olaylar.az – a bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın daxil olduğu regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub. Digər tərəfdən bu tədbir Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş və 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizləri Forumu çərçivəsində aparılan müzakirələrin davamlılığının təmin olunması və region ölkələri tərəfindən həmin sahələrdə əldə edilmiş nailiyyətlərin təqdim edilməsi məqsədi daşıyır.

Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş və BP-nin Vaşinqton ofisinin ev sahibliyi etdiyi bu tədbirdə ABŞ dövlət qurumları, akademik təşkilatlar, ticarət palataları, biznes və siyasi dairələr, beynəxalq maliyyə institutları və diplomatik korpus təmsilçiləri iştirak edib.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftiyev və “BP America Inc.”in kommunikasiya və xarici əlaqələr üzrə birinci vitse-prezidenti Meri Strit tədbirin açılışını ediblər. Bunun ardınca tədbirin moderatoru səfir Riçard Hoqland qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayaraq və iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş video-çarxa baxmağa dəvət edib. Sonra Azərbaycanın və tədbirdə iştirak edən digər dövlətlərin ABŞ-dakı səfirləri çıxış ediblər.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında müasir İpək Yolunun canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən və onun regional əməkdaşlığın dərinləşməsinə verə biləcəyi töhfələrdən bəhs edib.

Bundan əlavə, E.Süleymanov həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycanın region ölkələri ilə birlikdə bu dəhlizlərin cəlbediciliyinin artırılması istiqamətində həyata keçirdiyi əməkdaşlıqdan, o cümlədən qonşu ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən tədbirlərdən məlumat verib. Regionumuzda son dövrlər aparılan islahatlarla bağlı nəzərə-çarpan bir göstərici kimi “ASAN xidmət”in təcrübəsinin nümunə olduğu vurğulayıb.

Daha sonra Gürcüstan, Türkiyə, Türkmənistan və Özbəkistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri çıxış edərək, regionun nəqliyyat və tranzit potensialından tam istifadə olunması sahəsində Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulamış, onun qonşu və regionun digər ölkələri arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi və ticarət yollarının şaxələndirilməsinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.

Tədbir çərçivəsində həmçinin ABŞ-ın Dövlət Katibinin köməkçisinin ticarət məsələləri üzrə müavini Pitr Haas, ABŞ-ın Ticarət Palatasının vitse-prezidenti Qari Litman, Ticarət Nazirliyinin beynəlxalq ticarət administrasiyasının direktoru Metyü Edvard və Xarici Özəl Sərmayə Korporasiyasının icraçı direktoru Kenet Angel çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırmış və bunun böyük nailiyyət olduğunu vurğuladılar.

Bundan başqa, tədbirdə iştirak edən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, akademik dairələr və özəl sektor nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulamış, onun əməkdaşlıq üçün yeni imkanlar yaratdığını söylədilər.

Tədbirin sual-cavab hissəsində aparılan müzakirələr zamanı səfir E.Süleymanov yeni İpək Yolunun yalnız Çin ilə Avropa arasında əlaqələndirməyə deyil, regionun digər ölkələri arasında əməkdaşlığa da xidmət edəcəyini bildirdi.

Aparılan ümumi müzakirələrdə belə bir ümid ifadə edilmişdir ki, region ölkələri arasında uğurlu əməkdaşlıq Ermənistan üçün bir nümunə olmalı və rəsmi Yerevanın Azərbaycan torpaqlarının işğalına son qoyması və bu əraziləri tərk etməsi, didərgin düşmüş həmvətənlərimizin öz doğma yurd-yuvasına qayıtması, eləcə də bu ölkənin beynəlxalq hüququn prinsiplərinə riayət etməsindən sonra Ermənistan da regionda həyata keçirilən bu kimi layihələrdən bəhrələnə biləcəkdir.