Azərbaycanda partiya sədri həbs edilib

Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib. M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktı M.Tükənovun ailəsi təsdiqləyib. Report.az