Politoloq: “BTQ Azərbaycan diplomatiyasının uğurudur

“Bakı-Tbilisi-Qars dəmir yolu tarixi mərhələdir. Bu layihə Asiya ilə Avropanı birləşdirən qısa bir yoldur”. Bu fikirləri  politoloq Fikrət Sadıqov bildirib. O qeyd edib ki, BTQ-nin həm strateji, həm iqtisadi, həm də siyasi əhəmiyyəti olduqca yüksəkdir: “Layihə tək üç ölkəni deyil, Avropada, Asiyada və Xəzəryanı ərazilərdə yerləşən bir sıra dövlətləri birləşdirən yoldur. Bu da Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsidir. Bakı-Tbilisi-Ceyhan layihəsi də gündəmdə olanda bir sıra qüvvələr buna maneə olmaq istəyirdilər. İndi də Bakı-Tbilisi-Qars dəmir yolunun qarşısını alıb maneəçilik törətmək istəyən ölkələr var idi, hansı ki buna inanmırdılar. Amma buna baxmayaraq biz bunu edə bildik və birmənalı şəkildə bu bizim diplomatiyamızın uğurudur”.

Politoloq hesab edir ki, BTQ Azərbaycanın rolunu, əhəmiyyətini daha da yüksəklərə qaldırır: “BTQ layihəsi Azərbaycanı qüdrətli, möhkəm, etibarlı bir ölkəyə çevirir və bu bir reallıqdır”. Azadinform.az