İsrail Suriyanın 3 hərbi bazasını vurdu

İsrail Suriya ordusunun hava hücumları təşkil etdiyini iddia edərək bu ölkənin 3 hərbi bazasını vurub.

İsrail Müdafiə Qüvvələri işğal altındakı Colan təpələrinə 5 mərmi atıldığını deyib. Ordu da buna qarşılıq olaraq Suruiyaya aid hərbi mövqeləri hədəf alıb.

Suriya ordusu da Colan təpələri yaxınlığındakı mövqelərdən birinin İsrail tərəfindən vurulduğunu təsdiq edib. Açıqlamada İsrailin müxalif qüvvələrin hücumunu bəhanə kimi istifadə etdiyi bildirilib.

Hadisə nəticəsində ölən və yaralananların olduğu barədə hər hansı məlumat verilməyib. Habertürk.