Astarada güclü sel körpünü uçurdu – FOTO

Astara rayonunun Ovalə kəndində güclü sel fəsadlar yaradıb.

Kənd sakinləri APA-ya bildiriblər ki, bir neçə gün öncə gələn güclü sel kənddə dəmir konstruksiya ilə tikilmiş körpünü yuyub aparıb. Nəticədə digər yaşayış məntəqələri ilə əlaqə kəsilib. Bu körpüdən təkcə Ovalə deyil, qonşu Ağ körpü kəndinin sakinləri də istifadə edib.
Bu barədə aidiyyatı qurumlara məlumat verilib.