İsrail tankları Qəzzəni vurdu

Habertürk-ün məlumatına görə,İsrail Ordusunun tankları Qəzzənin cənubundakı “Hamas’a aid hərbi bazanı vurub.

İsrail tərəfi bu hərəkətini ötən gecə , ölkənin  Aşkelon şəhərinin Qəzzə tərəfdən raketlə vurulmasına cavab  olaraq etdiyini bildirir. Ölən və yaralananlar haqda məlumat verilmir.