Kərkükün Havicə bölgəsi İŞİD-dən azad edildi

İraqda Kərkükün Havicə bölgəsi İŞİD terror təşkilatından azad edilib.

AZƏRTAC  xəbər verir ki, bu barədə general Abdulemir Yarullah məlumat verib.

Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadi sentyabrın 29-da Havicə bölgəsinin azad olunması istiqamətində əməliyyatın ikinci mərhələsinin başladığını bildirmişdi.