Türkiyədə futbolçu faciəli şəkildə öldü -VİDEO

Türkiyənin “Konyaspor” klubunun futbolçusu Əhməd Çalık idarə etdiyi avtomobili ilə qəza törədərək faciəvi şəkildə ölüb.

Artıq Türkiyə mətbuatında 28 yaşlı müdafiəçinin düşdüyü qəzanın anbaan görüntüləri yayılıb.

Videoda futbolçunun avtomobili sürətlə idarə etməsi, daha sonra qəzaya uğraması əks olunub.

Çalıkın avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi və bunun da ölümünə səbəb ola biləcəyi ehtimal edilir. O, Ankaraya nikahı üçün tarix seçməyə gedirmiş.

Qeyd edək ki, 2020-ci ildən “Konyaspor”da çıxış edən oyunçu səkkiz dəfə Türkiyə yığmasının formasını geyinib.

2017-2020-ci illərdə “Qalatasaray”ın şərəfini qorumuş müdafiəçi 2017/2018 və 2018/2019 mövsümündə Türkiyə Super Liqasının qalibi olub.