Vilayət Eyvazov yüksək rütbəli polisi işdən çıxardı

Ucar rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Ucar rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı İlham Kərimov tutduğu vəzifədən kənarlaşdırılıb.

Onun hansı vəzifəyə təyin ediləcəyi barədə hələlik heç bir məlumat yoxdur.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP