Avropa top klublarının reytinq siyahısı açıqlanıb

Avropa top klublarının reytinq siyahısı açıqlanıb.

Cədvəldə qitənin 435 komandası yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 179 xalla 88-cidir. Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə 1 addım geriləyib.

“Neftçi” 29 xalla 239-cu sıradadır. 15 pillə irəliləməsinə baxmayaraq, “ağ-qaralar” “Qarabağ”dan uçurum – 150 xal və 151 pillə geridədir.

20 xala malik “Qəbələ” üç addım geriləməklə 286-cı sıraya enib.

Qeyd edək ki, cədvəlin lideri 2056 xalı olan “Real”dır.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP