Bugünkü “World Net Summit”də Səlçuk Bayraktar çıxış edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransı bu gün davam edəcək. (https://fb.me/e/3cp0RTK55)

Nazirlikdən bildirilib ki, bugünkü tədbirdə “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar yüksək texnologiyalar və innovasiyalar haqqında çıxış edəcək.

O, çıxışında startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan daçəşacaq.

Xatırladaq ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ildən keçirilən beynəlxalq “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi sürətlə inkişaf edir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP