İcbari tibbi sığorta ilə bağlı dövlət xəstəxanalarında xidmətin təşkili qaydası dəyişdi
Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.
Bu məlumat Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və yalnız bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pulu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP