Şimali Kipr Türk Respublikasında “Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində Azərbaycan-Kipr
Dostluq Cəmiyyətinin təşkilatçılığı, yerli Qeyri-hökümət Təşkilatlarının dəstəyi ilə
“Azərbaycan üçün birlikdəyik” adlı aksiya keçirilib.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, bu tədbirin
keçirilməsində məqsəd Azərbaycanın haqq səsini və işğalçı Ermənistan dövlətinin
günahsız dinc əhaliyə qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Diaspor
sədri həmçinin qeyd edib ki, Şimali Kiprdə diaspor təşkilatı olaraq 10 ilə yaxındır ki,
Azərbaycan həqiqətlərini və torpaqlarımızın işğal faktını yerli televiziya kanallarında
işıqlandırır, mətbuatda Azərbaycanla bağlı çoxsaylı məqalələr yayımlayırlar.
Aksiyada Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, şəhidlərimizin əziz
xatirəsi yad edilib.
O.Həsənoğlu Dağlıq Qarabağda son günlərdə yaşanan hadisələr ilə bağlı tədbir
iştirakçılarına geniş məlumat verib. Tədbirdə ŞKTR Parlamentinin vitse-prezidenti Zorlu
Törə, ŞKTR parlamentinin millət vəkili, Yenidən Doğuş Partiyasının sədri, Prof.Dr.Erhan
Arıklı çıxış ediblər.
Aksiyaya Şimali Kiprdə yaşayan soydaşlarımız, dövlət rəsmiləri, millət vəkilləri
müxtəlif QHT sədrləri, yerli ictimaiyyət və media mənsubları qatılıblar.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP