Kaliforniya ştatında erməni terroruna etiraz edilib

ABŞ-ın Kaliforniya ştatındakı azərbaycanlı icmasının təşkilatçılığı ilə erməni
terroruna etiraz yürüş keçirib. San-Fransisko şəhərinin Kolumbus prospektindən
(Kolumbus Avenyu) başlayan yürüşdə həmvətənlərimiz əllərində Azərbaycan
bayraqları və “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!”
şüarları yazılmış plakatlar tutaraq, ətrafdakıların diqqətini erməni terroruna
yönəldiblər.
Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını, dinc əhalinin
yaşadığı Gəncə, Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin mülki əhaliyə
qarşı istifadəsi qadağan olunan raket atəşinə tutulmasını, mülki şəxslərin, körpə
uşaqların qətlə yetirilməsini və yaşayış məntəqələrinin dağıdılmasını pisləyiblər.
Soydaşlarımız dünya ictimaiyyətini Azərbaycanın haqlı mübarizəsini
dəstəkləməyə, erməni terroruna göz yummamağa çağırıblar.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP