Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib

Oktyabrın 29-da Avstraliyanın Yeni Cənubi Uels vilayətində Auburn Türk evində
Türkiyənin Cümhuriyyət günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Türkiyənin bu ölkədəki baş konsulu Ali Sevim və türk diplomatları,
Avstraliyanın keçmiş Federal senatoru Lauri Ferqyuson, Yeni Cənubi Uels vilayətinin
millət vəkili, Azərbaycanın və Türkiyənin yaxın dostu Linda Valtz və Türk Dərnəklərinin
sədrləri, o cümlədən Avstraliya Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta və
Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Sima Azərsun iştirak edib.
Mikayıl Oyta tədbirdə çıxış edərək əlamətdar bayram münasibətilə tədbir
iştirakçılarını təbrik edib, Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq
münsaibətlərinin əbədi və sarsılmaz olduğunu vurğulayıb.
Mikayıl Oyta işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə
şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları
barədə tədbir iştirakçılarına məlumat verib. Azərbaycanın cəbhə zonasından
kənarda yaşayan dinc sakinlərinin təcavüzkar erməni ordusu tərəfindən qəsdən
hədəfə alınmasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti olduğu qeyd
edilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP