Azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib

Londondakı azərbaycanlılar “Guardian” nəşrinin binası qarşısında aksiya keçirib. Tədbirdə, aksiya iştirakçıları əllərində “Guardian, Azərbaycanı da dinlə”, “Guardian, obyektiv ol”, “Guardian, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar. Daha sonra nəşrə ünvanlanan məktub “Guardian”ın əməkdaşına təqdim edilib.

Məktubda “Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb. Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan “Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP