Azərbaycanda voleybol üzrə Avropa çempionatına start verilir

Bu gün Azərbaycanda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə start verilir.

Trend  bildirir ki,  ilk oyun Bakıda Ukrayna və Bolqarıstan yığmaları arasında baş tutacaq. A qrupunda mübarizə aparan Azərbaycan millisi isə ilk matçda Macarıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız sentyabrın 24-də Polşa, 25-də isə Almaniya komandası ilə qarşılaşacaq. Millimizin bütün görüşləri saat 18:00-da başlayacaq.

Bu gün, həmçinin İtaliya – Gürcüstan, Serbiya – Çexiya, Belarus – Xorvatiya, Niderland – Belçika, Polşa – Almaniya və Türkiyə – Rusiya qarşılaşmaları keçiriləcək.

Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində zeytinburnu escort keçiriləcək.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda təşkil ediləcək.

Yarışda 16 komanda mübarizə aparacaq. A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparacaqlar.