Türkiyədən Gürcüstana çamadanda keçmək istədi: VİDEO

 

27 yaşlı rusiyalı Anqelina Samusenko Gürcüstan ərazisinə çamadanda keçməyə cəhd edib.

PRESSDAY.az bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, sentyabrın 14-də sarp sərhəd məntəqəsində 47 yaşlı Gürcüstan vətəndaşı Domentiy Surmanidze saxlanılıb.

Sərhədçiləri onun çemodanının həddindən ağır olması şübhələndirib.

Yoxlama zamanı məlum olub ki, çemodanda qız var. Rusiyalının pasportunda Türkiyədən çıxmaqla bağlı sentyabrın 14-ü üçün saxta möhür vurulub.

Sonradan hüquq-mühafizə orqanları müəyyən ediblər ki, Anqelina Samusenkonun ölkədən getməməklə bağl imzası var.

O 67 yaşlı kişini içkili vəziyyətdə vuraraq öldürüb.