Gəncə sakinləri su qıtlığından əziyyət çəkirlər

Gəncə şəhərində su qətlığı var. Şəhərin Əli Quliyev küçəsinə 10 gündür su verilmir.

Həmin üvnanda yaşayan sakin Elcan Qafarov redaksiyamıza zəng edərək, bu barədə ciddi narahatlığını bildirib.  Onun sözlərinə görə, “küçə sakinlərinin dəfələrlə İcra Hakimiyyətinin qaynar xəttinə şikayət etməsinə baxmayaraq, ölçü götürən yoxdur. Pandemiya ilə beləmi mübarizə aparırsınız? Yayın istisində əlimizi yumağa su tapa bilmiriksə, hansı sanitariya qaydalarından söz gedə bilər? İH-nin qaynar xəttində telefona cavab verən Nailə Abbasovanın son sözü bu idi: “Hara istəyirsiniz şikayət edin – bu sizin haqqınızdır!”.

Məsələ ilə əlaqədar telefon cəhdlərimiz baş tutmadı.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21  WHATSAPP