Rusiyanın 5 şəhərində BOMBA HƏYƏCANI – Binalar təxliyə edildi

Rusiyanın Çita şəhərində Zabaykalye vilayət inzibati binasına bomba qoyulması barədə məlumat verilib.

Trend  xəbər verir ki, bununla əlaqədar olaraq binada olan əməkdaşlar təxliyə edilib.

Bundan başqa, analoji zənglərlə əlaqədar Çitada bir neçə ticarət mərkəzi və vağzal binası təxliyə edilib.

Eyni hadisələrin Rusiyanın daha dörd şəhərində qeydə alındığı bildirilib.

Saratov şəhərində inzibati bina təhdid zəngi ilə əlaqədar boşaldılıb.

Yakutskda şəhər administrasiya binasından və hava limanından insanlar təxliyə edilib. Permdə məktəb və gimnaziyalar, Yujno-Saxalinskdə vağzal və ticarət mərkəzlərinə bomba qoyulması barədə zənglər daxil edilib.

Hazırda bu hadisələrlə bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir