Türkiyədə baş verən zəlzələdə çox sayda ölü, yüzlərlə yaralı var – VİDEO (YENİLƏNİB)

Türkiyənin Elazığ ərazisində  baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb. 1015-dən çox yaralı var.

Anadolu agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.