PKK/YPG 120 saat ərzində Türkiyənin müəyyən etdiyi Güvənli Bölgədən çəkiləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ vitse-prezidenti Mayk Pens mətbuat konfransı keçirib.

Pens ABŞ və Türkiyənin Suriyada razılaşdığını deyib.

Onun sözlərinə görə, PKK/YPG terror təşkilatı 120 saat içində Türkiyənin müəyyən etdiyi Güvənli Bölgədən çəkiləcəyini bildirib.

“Barış Pınarı” əməliyyatına 120 saat müddətində ara veriləcək. Bu müddətdə ABŞ YPG-nin Güvənli Bölgədən çıxarılması təmin ediləcək. ABŞ Türkiyəyə yeni sanksiyalar tətbiq etməyəcək, bu vaxta kimi tətbiq edilən sanksiyalar da geri çəkiləcək. YPG-nin bölgədən geri çəkilməsi artıq başlanıb” – Pens belə deyib.MediaZona.Az