11-ci sinif şagirdi özünü öldürdü

Sabirabad rayonunda intihar faktı qeydə alınıb.

Hadisə rayonun Ulacallı kəndində baş verib. 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadıqların evin həyətində aşkar edilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.MediaZona.Az