Rusiya dollara ilk zərbəsini vurdu

Rus neft şirkəti “Qazprom neft”in baş direktoru Aleksandr Dyukov, bu il ilk dəfə rus rublu ilə neft ixracına başladıqlarını açıqlayıb.

Yaxın gələcəkdə Rusiya Avrasiya İqtisadi İttifaqına üzv bütün ölkələrə rublla neft ixrac edəcək.

Neft ixracatında rublla ödənişlə bağlı müqavilələr bağlamağa başladıqlarını vurğulayan Dyukov sazişləri avro və yuan üzərindən də bağlaya biləcəklərini deyib.

Qeyd edək ki, Rusiya ABŞ və bəzi Qərb ölkələrinin sanksiyalarına görə, ölkə iqtisadiyyatında dollardan istifadəni azaltmağa çalışır.

Bir müddət əvvəl isə, Rusiya enerji şirkəti “Qazprom”un ixracat qolu olan “Qazprom Export”dan bildirilmişdi ki, Avropaya ilk dəfə rubl qarşılığında qaz satışına başlanıb.MediaZona.Az