Şengen vizası bahalaşdı
Avropa İttifaqı Şurası viza rüsumunun (Şengen vizası) qiymətinin bahalaşması haqqında qərar qəbul edib.
Avropa İttifaqının 100-dən çox ölkənin vətəndaşlarına tətbiq etdiyi vizanın qiyməti 60 avrodan 80 avroya qaldırılıb.
Bundan başqa, viza üçün müraciət səyahət etməzdən 6 ay öncə verilməlidir.
Daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiqlənən qərar Avropa İttifaqının Rəsmi Qəzetində yayımlandıqdan 6 ay sonra qüvvəyə minəcək.MediaZona.Az