Vəliəhd şahzadə saxta əsərə 450 milyon dollar xərclədi – FOTO

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman saxta rəsm əsərinə 450 milyon dollar xərcləyib.

O, Leonardo Da Vinçinin ən məşhur əsərinin saxtasını almaq üçün 450 milyon dollar ödəyib.

O, 1500 ildən artıq yaşı olan “Salvator Mundi” əsərini almaq üçün külli miqdarda pul verib.

Deyilənə görə, hazırda həmin əsərin orijinalı İsveçrədə saxlanılır.

Qeyd edək ki, Məhəmməd ibn Salman bir neçə ay əvvəl köşə yazarı Camal Haşoqqinin ölüm əmrini verməkdə günahlandırılırdı.MediaZona.Az