Lukaşenkodan səmimi MƏKTUB: “Sanballı ictimai-siyasi dəyişikliklər…”
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevi təbrik edib.
Olaylar.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Müasir Azərbaycan dinamik inkişaf edən dövlət, etibarlı iqtisadi tərəfdaşdır.
Əminəm ki, razılaşmaların praktiki reallaşması və Sizin dəstəyinizlə həyata keçirilən birgə layihələr ölkələrimizin potensialının daha da artırılmasına, Belarus və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı yardım ənənələrinin möhkəmlənməsinə şərait yaradacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı, qardaş Azərbaycanın əhalisinə isə sülh və firavanlıq arzu edirəm”.MediaZona.Az