Ruhanidən ABŞ-ın qərarına sərt reaksiya

İran prezidenti Həsən Ruhani ABŞ-ın təzyiqinə baxmayaraq neft idxal etməyə davam edəcəklərini söyləyib.

Olaylar.az bildirir ki, Ruhani bu barədə dövlət televiziyasındakı çıxışı zamanı danışıb.

İran prezidenti qeyd edib ki, Amerikanın İranın neft idxalının dayandırılması barədə qərarı yanlışdır: “Biz bu qərarın həyata keçirilməsinə və icra edilməsinə icazə verməyəcəyik. Gələn aylarda amerikalılar neft idxal etdiyimizin şahidi olacaqlar”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrandan neftin və neft məhsullarının çatdırılmalarına qoyulmuş embarqonun müddətini uzadıb.MediaZona.Az