Neftayırma zavodu yanır

“Rosneft”ə məxsus olan Xabarovsk diyarındakı Komsomolsk neftayırma zavodundan yanğın başlayıb. Rusiya FHN-nin regional idarəsi yanğın haqqında yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 06:50) məlumat daxil olduğunu bildirib.

Hazırda yanğının söndürülməsi üçün hadisə yerində 14 texnika və 50 yanğlnsöndürən çalışır.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib.MediaZona.Az