Müdafiə Sənayesi naziri kim olacaq?

Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfatından 4 ay keçir. Lakin bu post hələ də boş qalmaqdadır.

Yeni Müdafiə Sənayesi nazirinin kimliyi  barədə çoxsaylı iddialar səslənsə də,  bu xüsusda hələki konkret məlumat yoxdur.  Edittor.az saytının yaydığı məlumata görə, hazırda Müdafiə Sənayesi naziri postuna ən iddialı və real namizəd Azərbaycan Dəmir Yolları QSC-nin sədri, deputat Cavid Qurbanovdur. Məlumata görə, C.Qurbanov bu istiqamətdə bütün əlaqələrini işə salıb və onun yaxın gələcəkdə bu posta təyin ediləcəyi ehtimalı olduqca yüksəkdir.

Lakin yaxın ətrafının verdiyi məlumata görə, nazir postuna bu günlərdə Yəhya Musayev təyin olunacaq.  Yəhya Musayev hazırda sözü gedən nazirlikdə  müavin vəzifəsini tutur. MediaZona.Az