Komitə sədrindən qürurverici addım – FOTO

Ölkəmizdə elə məmurlar var ki, sadəliyi və cəsarətli addımları ilə xalqın rəğbətini qazanır. Belə məmurlar müsbət nümunələri ilə xalqa yaxın olur, xalqın yaddaşında sadə insan obrazını yaradır. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdirəlayiq bir hərəkətlə bunu bir daha sübut etdi. Onun təyyarədə sadə insanlarla birgə uçması, özünü heç kimdən ayırmaması gənclərimizin diqqətindən yayınmayıb.  Komitə sədrinin fotosunun  sosial şəbəkədə  ictimailəşdirilməsi müsbət hal kimi qiymətləndirilir.  F.Muradov sadəliyi xalqla məmur arasındakı baryerin olmadığına bir işarədir.  Bu çox uğurlu bir haldır. MediaZona.Az