Sabah Bakı küləkli olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havayağmursuz olacaq, şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatina əsasən, havanın temperaturu gecə 24-27°, gündüz 30-35° təşkil edəcək.

Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal küləyi əsəcək, dəniz suyunun temperaturu 26-27° isti olacağı ehtimal edilir. Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil, Şıxda şimal küləyi əsəcək, dəniz suyunun temperaturunun 27-28° isti təşkil edəcəyi gözlənilir.