Atatürk hava limanında bütün reyslər təxirə salınıb

İstanbulun Atatürk hava limanında bütün reyslər təxirə salınıb.

Uçuşlar yerli vaxtla saat 02:00-da dayandırılıb.

Reyslərin təxirə salınma səbəbi kimi güclü yağış, şimşək və dumanlı hava şəraiti göstərilir.

Həmçinin reyslərin bu gün bərpa ediləcəyi deyilir.