Samuxda qaçırılarkən öldüyü deyilən qızdan XƏBƏR VAR

 

“Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən avtoqəzaya görə iki maddə ilə (adam oğurluğu və avtoqəza) cinayət işi açılıb. Saytlarda yazıldığı kimi, qız ölməyib. Qaçırılan qız – Türkan İsgəndərova sağdır”.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Samux rayon Sərkər kənd polis sahəsinin baş müstəntiqi İlqar Qəmbərov məlumat verib.

Müstəntiq bu məsələ ilə bağlı mətbuatı diqqətli olmağa çağırıb: “Hadisə günü yazdılar ki, qaçırılan qız ölüb. Onun ailəsini, yaxınlarını heçmi düşünmədilər? Axı qız ölməyib. Hazırda Gəncə Xəstəxanasında müalicəsini davam etdirir. Yoxlanılmamış məlumatı necə yazmaq olar? Təsəvvür edin, qız xəstəxanada reanimasiyadadır, anaya deyirlər ki, saytlar qızının öldüyünü yazıb. Bu ananı sakitləşdirmək olarmı?”

Müstəntiq deyib ki, hazırda Türkan İsgəndərovanın vəziyyəti normaldır: “Ciyərlərində problem vardı, indi düzəlib. Dünən “trubkanı” çıxardılar, bu gün xanımın ifadəsini alacağıq. Ümumiyyətlə, Gəncə Təcili Tibbi Yardım Xəstəxanası bərbad gündədir. O qız həmin xəstəxanada cəmi iki saat qalıb. Sonra Mərkəzi Klinikaya köçürüblər, hazırda vəziyyəti stabildir”.

Gəncə Rayon Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Modern.az-a qız qaçıranların xəsarəti barədə məlumat verib: “Məndə olan məlumata görə, üç nəfər – Şəmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Nağıyev; Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Mehdiyev; sürücü, Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev bizdə müalicə alırdı. Eldəniz Musayevə qaşarası yara və bel nahiyəsinin əziyi diaqnozu qoyulub. O stasionar müalicəyə buraxılıb. Qızın yaxınları dava-dalaş saldığı üçün digər iki nəfər – Müşfiq Nağıyev və Zaur Mehdiyev xəstəxanaya müraciət ediblər. Heç birinin həyati təhlükəsi yoxdur”.

Qeyd edək ki, sentyabrın 4-də Samuxda avtomobillə qız qaçıran şəxslər qəzaya düşüb. Hadisə axşam saatlarında baş verib. Qız qaçıran şəxslər Əhmədbəyli kəndi ərazisində avtomobillə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və nəqliyyat vasitəsi Gəncə çayına düşüb.

Qəza nəticəsində sürücü, Samux rayon Sərkər kənd sakini, 32 yaşlı Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova, eləcə də, avtomobildə olan daha iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi