İsmayıl Hüseynov DGK sədrinin birinci müavini təyin edilib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə birinci müavin vəzifəsinə İsmayıl Hüseynov təyin edilib.

Qeyd edək ki, İ.Hüseynov daha öncə Bakı Baş Gömrük İdarəsində rəis vəzifəsində çalışıb.