Muharrem İnce: “Ərdoğanın qələbəsini qəbul edirəm”

Seçicilərin 30 faizinin səsini toplayan CHP-dən prezidentliyə namizəd olan Muharrem İnce məğlubiyyətini qəbul etdiyini açıqlayıb.

Türkiyə KİV-ləri xəbər verir ki, jurnalist İsmail Küçükkaya tvitter hesabında Muharrem İncenin ona mesaj atdığını, seçkinin nəticələri ilə bağlı “təbii ki, ədalətli yarış deyildi, lakin Ərdoğanın qələbəsini qəbul edirəm” yazdığını bəyan edib.

İnce bu gün mətbuat konfransı keçirəcəyini bildirib.