Qardabani sakinlərinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub

Gürcüstanın Qardabani rayonunda yaşayan azərbaycanlılara Heydər Əliyev Fondunun hədiyyəsi olan yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili təqdim edilib. Hədiyyəni qonşu ölkədə rəsmi səfərdə olan  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.

Komitə sədri rayonda yaşayan soydaşlarımızın qayğıları ilə  də maraqlanıb.

İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun rəhbərliyinə  minnətdarlıq ediblər.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə gürcü ziyalılarla görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri xüsusi müzakirə mövzusu olub. Komitə sədri ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən söz açıb, Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini qeyd edib.Bildirilib ki, əlaqələrimizin və əməkdaşlığımızın möhkəmlənməsi və inkişafı üçün geniş imkanlar mövcuddur. Görüşün  məqsədi də gürcü ziyalılarla görüşüb, onların bu məsələlərdə fikirlərini öyrənmək olub.

Müzakirə zamanı gürcü politoloqların, jurnalist və alimlərin fikir və təklifləri dinlənilib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi